İsrail və HƏMAS girovları mübadiləsi barədə razılığa gəliblər

“Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən xəbər verir ki, İsrail tərəfindən saxlanılan 100 fələstinli qadın və uşağın 100 israilli girovla dəyişdirilməsi barədə razılıq əldə olunub.

“Əl-Ərəbiyyə”nin diplomatik mənbələri Qətərin vasitəçi kimi əsas rol oynadığı danışıqlar zamanı son həftələrdə bir neçə mübadilə təklifinin ortaya çıxdığını qeyd edib. Belə ki, variantlardan biri 1-2 günlük atəşkəs müqabilində 10-15 girovun azad edilməsini nəzərdə tuturdu. Benyamin Netanyahunun ofisi israr edir ki, HƏMAS girovları azad edənə qədər atəşkəs olmayacaq.

Mübadilə ilə bağlı razılığın əldə olunduğu barədə rəsmi məlumat hələ ki, təsdiqini tapmayıb.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edib, 1400 nəfəri öldürüb, 200-dən çox insanı girov götürüb. Buna cavab olaraq İDF Qəzza zolağına hava zərbələri endirməyə başlayıb və oktyabrın sonunda İsrail Müdafiə Qüvvələrinin əsgərləri Fələstin ərazisinə daxil olub. Fələstin tərəfinin məlumatına görə, oktyabrın 7-dən Qəzza zolağında 11 mindən çox insan həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ