Ərdoğan Netanyahu ilə əlaqəni kəsdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqəni kəsib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Bunu deyəcəm: Netanyahu artıq bizim üçün heç bir mənada həmsöhbət deyil. Biz bunun üstündən xətt çəkdik”, – Ərdoğan Astanadan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. Türkiyə prezidentinin sözlərinə görə, o, israilli həmkarı ilə əlaqəni itirib, lakin onların ölkələri dialoqu davam etdirir.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, beynəlxalq diplomatiyada əlaqələri tamamilə pozmaq mümkün deyil və Türkiyə İsrail-Fələstin problemində yekun sülhün bərqərar olmasına çalışacaq. Ərdoğanın sözlərinə görə, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İsrail, eyni zamanda Fələstin və HƏMAS ilə də əlaqə saxlayır.

“Biz bunun üçün təşəbbüslər göstəririk, düsturlar hazırlayırıq və bunu davam etdirəcəyik. Qan tökülməsinin dayandırılması və sülhün bərqərar olması üçün əlimizdən gələni etmək əzmindəyik”, - Türkiyə lideri vurğulayıb.

Sentyabrın sonunda məlum olub ki, Benyamin Netanyahu və Rəcəb Tayyib Ərdoğan Holokost və Qəzza zolağının blokadası arasında müqayisəyə görə mübahisə ediblər. Münaqişə Türkiyə prezidentinin BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışından sonra baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ