Netanyahu İsrailin Qəzzada əməliyyatının üçüncü mərhələyə keçdiyini açıqlayıb

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyat anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə keçib. Onun sözlərini TASS sitat gətirir.

“Biz müharibənin ortasındayıq. Qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik”, - deyə siyasətçi vurğulayıb.

O qeyd edib ki, Qəzza zolağının bağlanmasını nəzərdə tutan birinci mərhələ başa çatıb. İkinci mərhələdə davamlı olaraq aviazərbələr endirilir. Üçüncü mərhələdə anklav ərazisinədə yerüstü əməliyyatın əhatəsi genişləndirilir.

Netanyahu əlavə edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) sistematik olaraq addım-addım irəliləyir. Hərbçilər həmçinin HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə səy göstərirlər.

Baş nazir qeyd edib ki, quru əməliyyat girovların azad edilməsi üçün imkanlar açır, və bu imkanlar qaçırılmayacaq. Siyasətçi bildirib ki, kampaniya vaxt aparacaq, gözlənilməz maneələr, çətinliklər və itkilər olacaq, lakin son nəticədə radikal Fələstin hərəkatı məğlub olacaq.

“İsrail əsgərləri Livandan atışmaların davam etdiyi şimal sərhədlərində də yüksək hazırlıq vəziyyətindədir”, - o əlavə edib. Netanyahu həmçinin “Hizbullah” hərəkatını münaqişəyə qarışmamaq barədə xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ