Putin nüvə qüvvələrinin təlimini keçirdi - video

Rusiya prezidenti Vladimir Putin nüvə qüvvələri üçün təlim keçirib. Bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Təlim çərçivəsində Plesetskdəki kosmodromdan Kamçatkadakı poliqona “Yars” qitələrarası raketi,“Tula” nüvə sualtı qayığından Barents dənizinə isə  “Sineva” raketi buraxılıb.

Bundan əlavə, təlim çərçivəsində Tu-95MS uzaqmənzilli təyyarələri havadan raket zərbələri endiriblər.

Müdafiə naziri Sergey Şoyqunun Putinə verdiyi hesabata görə, təlimlərə digər məsələlərlə yanaşı, “düşmənin nüvə zərbəsinə cavab olaraq strateji hücum qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirilməsi” də var.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ