Moskva hesab edir ki, Paşinyan iri addımlarla Zelenskinin yolunu gedir

“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir”.

Bu barədə TASS Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb.

“Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar”, - mənbə bildirib.

Qeyd olunur ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ermənistanın təhlükəsizlik sahəsində müttəfiqləri Qarabağla bağlı məsələdə açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, bu cür çağırışların hansı müttəfiqlər tərəfindən edildiyini açıqlamayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ