İsrail fələstinliləri daşıyan karvanları vurdu: onlarla ölən var - video

İsrail ordusu fələstinli mülki vətəndaşları daşıyan karvanlara zərbələr endirib. Hücum nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 70 nəfər həlak olub.

Bildirilir ki, İsrail ordusu onları şimal bölgələrini tərk etməyə çağırdıqdan sonra fələstinlilər Qəzza zolağının cənubuna doğru gedirdilər.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ