Yaraqlılar İsraildə festival iştirakçılarını belə güllələdilər - video

Sosial şəbəkələrdə İsraildə bir qrup vətəndaşın HƏMAS silahlıları tərəfindən güllələnməsinin görüntüləri yayılıb.

Kadrlar videoregistrator tərəfindən lentə alınıb. 

Yaraqlılar avtomobillə qaçmağa çalışan Nature Party festivalının iştirakçılarını güllələyiblər. Silahsız turistlər onların əlindən qaçmağa çalışsa da, HƏMAS üzvləri avtomobilə atəş açaraq onları öldürüblər.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ