Zelenski ölümündən sonra Novruzovu mükafatlandırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü, əslən azərbaycanlı Elvin Novruzovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.

Novruzovun ailəsinin Azərbaycanın Biləsuvar rayonundan olduğu bildirilir. Elvin Novruzov özü Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub boya-başa çatıb.

O, müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüş əməliyyatlarında iştirak edib, bu ilin əvvəlində Baxmut yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ