HƏMAS daha bir şəhərə daxil oldu. Küçə döyüşləri gedir - video

İsrail ordusu hələ də bəzi şəhər və qəsəbələrdən HƏMAS yaraqlılarını sıxışdırıb çıxara bilməyib.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Kanalın müxbirinin sözlərinə görə, HƏMAS yaraqlılarının əlavə qüvvələr cəlb ediblər, yenidən silahlanıblar və vəziyyətin əvvəllər nisbətən sakit olduğu Maqen kommunnasına keçiblər.

İsrail həmçinin yaraqlıların gizləndiyi yaşayış məntəqələrinə zərbələr endirilməsinin vacibliyini əsas gətirərək Qəzzanın əl-Dərəc bölgəsinin sakinlərini regionu dərhal tərk etməyə çağırıb.

BBC müxbiri xəbər verir ki, HƏMAS bir neçə saat ərzində girov götürülən İsrail əsgərləri və mülki şəxslərin sayını açıqlayacağına söz verib.

Yaraqlılar həmçinin “İsrail təcavüzünün qisasını almağa” davam edəcəklərini bildiriblər.

HƏMAS-ın idarə etdiyi Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları nəticəsində 313 nəfər həlak olub. Nazirlik sözçüsü bildirib ki, onların yarıdan çoxu mülki şəxslərdir. Bu rəqəmə həmçinin biri hamilə qadın və 20-dən çox uşaq daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ