İsraildə “Ruh” bölməsinin komandiri öldürülüb - foto

İsrail Müdafiə Qüvvələri (IDF) elit “Ghost” (“Ruh”) bölməsinin komandiri polkovnik Roy Levinin İsrailin cənubundakı Reim bölgəsində HƏMAS ilə döyüşlər zamanı öldüyünü təsdiqləyib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilir ki, Roy Levin dünən öldürülüb. Onun qüvvələri dünən Reim şəhərinin cənub icmasında HƏMAS terrorçuları ilə döyüşüb.

Levinin komandanlığı altında olan bölmə “evlərində mühasirəyə düşən vətəndaşları xilas etmək” üçün Reim icmasında döyüşə ilk girən olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ