Rusiya Xarkovu “İsgəndər”lə vurdu: 55 nəfər ölüb - video

Rusiya ordusunun Ukraynanın Xarkov yaxınlığındakı Qroza kəndini atəşə tutması nəticəsində 55 nəfər ölüb. Ölənlər arasında səkkiz yaşlı uşaq da var. Üç nəfər itkin düşmüş hesab olunur.

Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, raket zərbəsi insanların çox olduğu kafe və mağazaya düşüb. Ukraynalı jurnalist Andrey Tsaplienko yerli mənbələrə istinadən xəbər verir ki, atəş açılan zaman kənd kafesində yas mərasimi keçirilirdi. Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko da təsdiqləyib. Onun sözlərinə görə, zərbə zamanı mağaza və kafedə azı 60 nəfər olub. Kənddə ümumilikdə 330 nəfər yaşayırdı.

“Dağıntılar altında hələ də insanlar ola bilər, buna görə də xilasedicilər, polis və yerli sakinlər axtarış tədbirlərini davam etdirirlər”, - Klimenko Telegram kanalında yazıb. Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, kafe və mağaza “İsgəndər” raketi ilə vurulub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ