"Lotos" Vaqner qrupunun yeni rəhbəri olacaq - KİV

“Lotus” kimi tanınan Anton Elizarov “Vaqner” özəl hərbi şirkətində rəhbər vəzifədə Dmitri Utkinin varisi ola bilər. Bu barədə “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov Telegram kanalında məlumat verib.

VÇK-OGPU Telegram kanalı həmçinin bildirir ki, Vaqner ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojin əvvəllər müxtəlif ssenarilər, o cümlədən muzdluların - Priqojin, Utkin, Çekalovun rəhbərliyinin aradan qaldırılacağı vəziyyət üçün fəaliyyət alqoritmləri ilə gizli təlimat hazırlayıb. Bu tövsiyələrə görə, “Lotus” təxəllüsü olan komandir Vaqnerə rəhbərlik etməli idi.

Kanal yazır ki, “musiqiçilər”in yeni lideri Yevgeni Priqojinin dəfn mərasimindən dərhal sonra açıqlana bilər, bundan sonra “Lotos” kölgədən çıxacaq.

Anton Elizarov 2016-cı ildə Vaqnerə qoşulmuş 10-cu QRU briqadasının keçmiş kapitanıdır. O, Suriya, Mərkəzi Afrika Respublikası və Ukraynada hərbi əməliyyatlarda iştirak edib. 2022-ci ildə prezident Putinin fərmanından sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ