Priqojinin ölümü Azərbaycan diasporu üçün “faydalı” adlandırıldı

“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin ölümü Sankt-Peterburq üçün həm də Azərbaycan diasporunun mövqelərinin güclənməsi demək olacaq.

Bu barədə Rusiya “Telegram” kanalları yazır.

“Təsadüfdür, ya yox, amma Bakıda anadan olmuş Aleksandr Beqlov (Sankt-Peterburq qubernatoru) və Azərbaycan nümayəndələri bəzən Yevgeni Priqojinlə barrikadaların əks tərəflərində olurdular. Ən səs-küylü hadisələrdən biri Yevgeni Priqojinin ələ keçirmək istədiyi məşhur Atçılıq idarəsinin Qod Nisanovun strukturlarına daxil edilməsi olub. Qalmaqal böyük idi, lakin bu gün artıq məhkəmələr Azərbaycan biznesmeninin tərəfini tuturlar. Sankt-Peterburq rəhbərliyi də bu vəziyyətdə Priqojinin əleyhinə açıq şəkildə çıxış edib”, - nəşr yazır.

Həmçinin qeyd olunur ki, Səyavuş Əhmədəliyevin “S-Industry” şirkəti də böyük müqavilələr alır. Ötən gün o, Krestovski adasında Znamya avarçəkmə bazası üçün yeni mərkəzin tikintisi ilə bağlı 2,7 milyard rubl məbləğində tender qazanıb. Bir müddət əvvəl isə Sankt-Peterburqun Əsaslı Tikinti və Yenidənqurma Fondu “S-Industry” şirkətinə Krılenko küçəsindəki meydanın abadlaşdırılmasını 403,7 milyon rubla həvalə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ