Rusiyada helikopter qəzaya uğrayıb: altı nəfər ölüb - video

Rusiyanın Altay Respublikasında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində altı nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Bu barədə TASS məlumat yayıb.

Helikopter Ust-Koksinski rayonunun Tyunqur kəndinə eniş edərkən alovlanıb.

Qəzaya səbəb helikopterin elektrik naqillərinə toxunması olub.

Helikopter “Altai Avia” şirkətinə məxsus olub və bir qrup turisti daşıyıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ