Paşinyandan Azərbaycana qarşı sərt ittiham

İrəvan humanitar yüklərin Qarabağa keçməsi ilə bağlı rəsmi Bakıdan müsbət reaksiya gözləyir. Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, İrəvan Qarabağ ermənilərinə humanitar yardım göstərmək qərarına gəlib. Ötən gün 19 yük maşınında 361 ton yük yolda salınıb. Humanitar karvan Laçın dəhlizinin girişində dayanıb.

Ermənistan Rusiya sülhməramlılarından yükü qəbul edib Qarabağa çatdırmağı xahiş edib. Paşinyanın sözlərinə görə, Azərbaycan yüklərin Laçın dəhlizinə və Qarabağa daxil olmasına mane olur.

“Azərbaycan öz hərəkətlərini Ermənistanın dəhlizdən hərbi məqsədlər üçün istifadə etməsi ilə izah edir. Bu, Laçın dəhlizinin blokadaya alınmasının səbəbidir”.

Ermənistan hökumətinin başçısı öz-özünə sual verib: “Azərbaycan yükü buraxmasa, bu o deməkdir ki, Bakı Qarabağ ermənilərini aclığa məhkum etmək istəyir?”

“Əgər Azərbaycan yükü buraxmasa, bu, soyqırım niyyətindən xəbər verəcək. Yüklərin qəbulu isə regionda sülhün bərqərar olmasına töhfə verəcək və etimad mühitinin gücləndirilməsi üçün müsbət addım olacaq”, - Paşinyan əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ