Paşinyan: Ermənistan həmişə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

Bütün dövlətlər həmişə Qarabağı Azərbaycanın bir hissəsi hesab ediblər. Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı mətbuat konfransında deyib.

“Biz bu reallıqdan xəbərdar idik, ya yox, bu başqa sualdır. Mövqeyimiz ondan ibarət idi ki, bütün dünyanın nə deməsinin əhəmiyyəti yoxdur, bizim öz fikrimiz var. Ola bilsin ki, hansısa mərhələdə mən də bu cür hərəkət etmişəm, amma sonda reallıq bizi başqa vəziyyətə salıb”, - Paşinyan bildirib.

Ermənistanın baş naziri həmçinin qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması “yerli əhalinin həyatına təhlükə olmadıqda” mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ