Kasparov “Zəngəzur dəhlizi” ilə bağlı suala nə cavab verdi? - video

Ukraynalı jurnalist Dmitri Qordon rusiyalı şahmatçı, müxalif siyasətçi Qarri Kasparova müsahibəsində “ABŞ və Qərbin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlayacaq”, “Azərbaycan Qarabağda iqtisadi möcüzə yaradacaq... erməni əhalisi ilə yaxşı rəftar edəcək və iki ölkə dost olacaq” deyib.

Lakin bakılı nankor Kasparov razılaşmayaraq bunun müharibədən sonra ukraynalılarla rusların dostluğu qədər real olmadığını qeyd edib. Haqqin.az yazır ki, bununla belə Kasparov bunun ideal variant olduğunu deyib.

Kasparov əlavə edib ki, “Əgər Amerika, Avropa İttifaqı və Türkiyə buna nail ola bilsə... əla olar... Hansısa variant ola bilər... Türkiyəyə Naxçıvandan Azərbaycana keçid veriləcək, Ermənistan isə Laçın dəhlizini alacaq. Belə bir variant ola bilər... bu bütün türk hökmdarlarının arzusu idi – İstanbuldan Altaya at sürmək. Allah belə variantları tapmağı nəsib etsin. Ermənistan hərbi cəhətdən bu ərazini saxlaya bilməz”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ