Zelesnki Ərdoğana müraciət etdi

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşə Qara Dəniz Taxıl Təşəbbüsü və ya onun analoqunun işini üçtərəfli formatda davam etdirmək təklifi ilə rəsmi məktublar göndərib. Zelenski bu barədə axşam televiziya çıxışında bildirib.

“Ukrayna, BMT və Türkiyə birgə ərzaq dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər. Afrikanın sabitlik hüququ var. Asiyanın sabitlik hüququ var. Avropanın sabitlik hüququ var. Bu o deməkdir ki, biz hamımız təhlükəsizliyin və Rusiya dəliliyindən qorunmağın qayğısına qalmalıyıq. Ukraynanın ərzaq məhsulları demək olar ki, 400 milyon insanın əsas təhlükəsizliyidir”, - deyə Zelenski bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayıb ki, prezidentin tapşırığı ilə XİN rəhbəri Dmitri Kuleba BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın taxıl sazişindən çıxmasından sonra növbəti addımlar barədə tərəfdaşlarla təcili məsləhətləşmələr aparıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ