Çeçenlər Ukraynada rusiyalıları pusquya saldılar - video

Ukrayna Hərbi Kəşfiyyatının Telegram-kanalında çeçen könüllülərinin Rusiyaya məxsus “Ural” hərbi yük avtomobilini pusquya salmasının görüntüsü yayılıb.

Bu barədə “The Insider” yazıb.

İlkin məlumatlara görə, pusqu Rusiya Federasiyasının Belqorod vilayətinin Sereda kəndinin şimalında yerləşən ərazisində təşkil edilib.

İyunun ortalarında Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna diversantları ilə mübarizə və onların sərhəddən keçməsinin qarşısını almaq üçün “Zapad-Axmat” batalyonunun Belqorod vilayətinə köçürüldüyünü elan edib. 

“Veteran's Notes” Telegram kanalı bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin çeçen döyüşçüləri məhz “kadırovçular” adı altında Rusiya ərazisinə daxil olublar. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ