Ukrayna Krım körpüsünü vurdu: ölənlər var - video

İyulun 17-nə keçən gecə Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Hadisə nəticəsində həmçinin Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Krımının qondarma “rəhbəri” Sergey Aksenov qeyd edib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Operativ qərargahdan sürücülərə alternativ yollar kimi Melitopol, Berdyansk və Mariupoldan istifadə etmək tövsiyə olunub.

“Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir”, - o deyib.

Öz növbəsində “Readovka” nəşri yazır ki, Krım körpüsünə iki raket zərbəsi endirilib, nəticədə körpünün sütunları dağıdılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ