Gürcüstanın Ukraynadakı səfiri Zelenskinin tələbi ilə Kiyevi tərk etdi

Cümə axşamı, iyulun 6-da, Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili Ukrayna rəhbərliyinin tələbinə cavab olaraq Kiyevi tərk edib. Bunu Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib.

Daha əvvəl Ukrayna tərəfi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı etiraz edərək, Tbilisidən məhbusa işgəncə verməyi dayandırmağı və onun müalicə üçün köçürülməsini tələb edib. Kiyev bu həftə son beş ayda ilk dəfə Mixail Saakaşvilinin Tbilisi Şəhər Məhkəməsinin iclasına onlayn qoşulmasından sonra etiraz edib. Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, “XİN-ə Gürcüstanın Ukraynadakı səfirinə zəng etməyi, ona kəskin etirazını bildirməyi və paytaxtı ilə məsləhətləşmələr üçün 48 saat ərzində Ukraynanı tərk etməyi  tapşırıb. Mən bir daha Gürcüstan hakimiyyətini Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya köçürməyə çağırıram”.

Gürcüstanın hakim partiyası bəyan edib ki, bu məsələ ilə bağlı istənilən məsləhətləşmələr istisnadır. Gürcüstan XİN-nin bəyanatında deyilir ki, Kiyevin hərəkətləri ədalətsizdir, lakin Tbilisi “Ukraynanın atdığı addımlara və vəziyyətin daha da gərginləşməsinə hər hansı əlavə reaksiyadan çəkinir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ