Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət etdi

Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə müraciət ünvanlayıb.

Rusiya MN müraciətində “Vaqner”çiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən yardım göstərilib. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - deyə müraciətdə bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ