Rusiya Krivoy-Roqu vurdu, ölənlər var

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.

Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

O bildirib ki, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Xəsarət alanlardan 19-u xəstəxanadadır. 7 nəfər dağıntılar altında qalıb.

S.Lısakın sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ