Ukrayna ordusu hücum edir. Uğurlar var - ISW

Ukrayna ordusu əks-hücum əməliyyatının ilkin mərhələsinin davam etdiyi Zaporojye vilayətində taktiki uğur əldə edib. Bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Müşahidəçilərin fikrincə, iyunun 10-da Ukrayna qüvvələri cəbhənin ən azı dörd sektorunda əks-hücum əməliyyatları aparıb. Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində Beloqorovka ərazisində aktiv fəaliyyət göstərib; Baxmut yaxınlığında Ukrayna qoşunları 1400 metr irəliləyib(Ukrayna Silahlı Qüvvələrinin spikeri Çerevatının bəyanatına görə); Donetsk və Zaporojye vilayətlərinin sərhədində (Bolşaya Novoselka rayonu), həmçinin Zaporojyedə Orexovo rayonunda rusiyalıları geri çəkilməyə məcbur edib.

“İyunun 10-da yayılan geolokasiyalı görüntülərə əsasən, Zaporojye vilayətinin qərb hissəsindəki Ukrayna qüvvələri Orexovodan cənub-qərb və cənub-şərqdə əks-hücumlar zamanı kiçik qələbələr əldə ediblər”, - hesabatda bildirir.

Öz növbəsində, Rusiyanın “hərbi müxbirləri” ərazidəki RF qüvvələrinin Ukraynanın hücum cəhdlərindən uğurla müdafiə olunduğunu iddia edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ