Ərdoğan and içdi - video

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib.

Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

Ərdoğanı müvəqqəti Məclis Sədri MHP sədri Devlet Bahçeli qarşılayıb.

Rəcəb Tayyib Ərdoğan mərasimdən sonra Anıtqəbiri ziyarət edəcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə rəqiblərinə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ