Baxmutun son vəziyyəti - foto

Ukraynanın 24-cü əlahiddə mexanikləşdirilmiş briqadanın  hərbçiləri Baxmutun hazırda necə göründüyünü göstərdilər. Onların fikrincə, rusiyalılar Baxmutu böyük xarabalığa çeviriblər.

“Bu saniyələrdə Baxmut belə görünür. Duman olduğunu düşünə bilərsiniz. Amma yox. Bu, düşmənin müdafiə sistemimizi yarmaq üçün çıxılmaz cəhdləri zamanı istifadə etdiyi yanğınlardan və tüstü mərmilərindən yaranan tüstüdür”, - Ukrayna hərbçiləri bildirib.

Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatinin sözlərinə görə, Ukrayna hərbçiləri Baxmut istiqamətində 2 km-ə qədər irəliləyib. Ukrayna ordusunun bu istiqamətdə irəliləməsi kənar müşahidəçilər - Britaniya kəşfiyyatı və Amerika Müharibəsi Araşdırma İnstitutu tərəfindən də qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ