Raket hücumu: Rusiyanın iki helikopteri və iki qırıcsı vuruldu - video

Bryansk vilayətində Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı, Su-35 qırıcısı və iki Mi-8 helikopteri qəzaya uğrayıb. Bu barədə “Kommersant” nəşri öz mənbələrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, helikopterlər və qırıcılar, demək olar ki, eyni vaxtda vurulublar.

“Kommersant” yazır ki, helikopter və təyyarələrin ekipajları həlak olub.

İlkin məlumatlara görə, onların hamısı eyni hava qrupunun bir hissəsi olub. Qırıcılar Ukraynanın Çerniqov vilayətindəki hədəflərə raket və bomba hücumu təşkil etməli, vertolyotlar isə onları sığortalamalı idi.

“Kommersant” yazır ki, sosial şəbəkələrdə yayılan videolara əsasən, Klintsı şəhərinin kənarında qəzaya uğrayan ən azı bir Mi-8-in raketlə vurulduğu qənaətinə gəlmək olar. Nəşrin müsahibə verdiyi ekspertlər bildiriblər ki, raketin vertolyota yaxınlaşmasına əsasən, hücum çox güman ki, hava-hava tipli silahlardan, yəni təyyarələrdən və ya helikopterlərdən həyata keçirilib. Qəzet bundan belə nəticəyə gəlir ki, hava qrupu pusquya düşüb.

“Baza”nın məlumatına görə, helikopter və təyyarələrin qəzaya uğraması nəticəsində doqquz nəfər həlak olub: üç Mi-9 ekipaj üzvü, ikinci Mi-8-in üç ekipaj üzvü, Su-34 qırıcısının iki pilotu və Su-35 qırıcısının bir pilotu.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ