İlon Mask “Twitter”in baş direktoru vəzifəsindən istefa verdiyini açıqladı

İş adamı İlon Mask “Twitter”in baş direktoru vəzifəsini tərk edir. Bu barədə o, mikrobloqunda yazıb.

Mask artıq yeni baş direktor tapdığını deyir. O, varisin adını çəkməyib, sadəcə onun qadın olduğunu qeyd edib. Yeni direktor təxminən altı həftədən sonra işə başlayacaq.

Maskın özü şirkətin direktorlar şurasının sədri və texniki direktor vəzifələrini tutacaq. İş adamı baş direktor postunu tərk etməsinin səbəblərini açıqlamayıb.

İlon Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara satın alıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ