Priqojin ukraynalı general Tansyurun öldürüldüyünü açıqladı

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin bildirib ki,  Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin komandanı İqor Tansyuraun olduğu zirehli avtomobil məhv edilib.

“Hazırda biz bu məlumatı dəqiqləşdiririk”, - deyə Priqojin mətbuat xidməti tərəfindən yayılan audio yazıda bildirib.

Priqojinin nümayəndələri zirehli maşını göstərən skrinşot da dərc ediblər.

Ukraynanın ərazi müdafiə qüvvələri komandanlığının nümayəndəsi Denis Zelinski general Tansyurun “Vaqner” muzdlularının atəşi nəticəsində öldüyünü təkzib edib. “Biz bu iddianı rəsmən təkzib edirik. Biz hər hansı bir düşmən təbliğatını şərh etmirik. Hamı sağ və salamatdır”, - deyə Zelinski bildirib.

General-mayor İqor Tansyur 2022-ci il mayın 15-dən Ukraynanın Ərazi Müdafiə Qüvvələrinə rəhbərlik edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ