ABŞ Bakı və İrəvanı birbaşa dialoqa çağırır

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət katibi də bu barədə dəfələrlə bəyan edib. Belə ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir.

“Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik”, - Vedant Patel vurğulayıb.

O, ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ