“Leopard 2” tankları və “Patriot” sistemləri artıq Ukraynadadır

Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, “Leopard 2” tankları və “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynadadır.

O, bu barədə İspaniyanın “Razon” qəzetinə müsahibəsində bildirib.

“Vurğulamalıyam ki, Polşanın səyləri sayəsində “Patriot” batareyaları və “Leopard” tankları artıq Ukraynaya çatıb”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ