Bu, Lukeşenkonun sonu deməkdir - Polşa Belarus prezidentinə xəbərdarlıq etdi

Belarus prezidenti Aleksandr Lukaşenko başa düşməlidir ki, ölkəsinin Ukraynadakı münaqişəyə cəlb edilməsi onun üçün “son” demək olacaq, çünki Belarus xalqı, demək olar ki, bütünlüklə ona qarşı çıxacaq. 

Bunu Ukraynanın “1+1” telekanalına müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.

“Birincisi, bu, heç bir döyüş təcrübəsi olmayan və zəif silahlanmış bir çox belaruslu üçün ölüm demək olardı. Onlar uzun illər döyüşən və vətənlərini müdafiə etmək əzmində olan ukraynalılarla qarşılaşacaq. İkincisi, belaruslar döyüşkən xalq deyillər və döyüşmək istəmirlər. Lukaşenko yaxşı başa düşür ki, bu, onun üçün son demək olacaq, çünki xalq, fikrimcə, praktiki olaraq bütün gücü ilə ona qarşı çıxacaq”, - deyə Duda bildirib.

Onun fikrincə, Lukaşenko Polşanın Belarus və Ukrayna ərazilərinə iddiası ilə bağlı açıqlamaları ilə xalqları bir-biri ilə çəkişdirməyə çalışır. 

“Bu, Rusiyanın təbliğatıdır. Polşa heç vaxt kiməsə qarşı heç bir iddia irəli sürməyib. Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik”, - deyə Polşa Prezidenti yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ