Erməni hərbçilər qar uçqununa düşüblər: ölənlər var

Qar uçqunu nəticəsində iki erməni hərbçi həyatını itirib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığında baş verib.

Belə ki, içərisində Ermənistan ordusunun hərbçilərinin olduğu UAZ markalı avtomobil qar uçqunu nəticəsində dərəyə yuvarlanıb.

İnsident nəticəsində iki erməni hərbçi ölüb, ikisi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sünikdəki hərbi hospitallardan birinə yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ