Rusiyanın hücumu artıq başlayıb - Zelenski

Rusiya ordusunun Ukraynaya proqnozlaşdırılan yaz hücumu artıq başlayıb.

Bunu BBC-yə müsahibəsində Vladimir Zelenski deyib.

“Rusiyanın hücumları artıq bir neçə istiqamətdə aparılır”, - Ukrayna prezidenti bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri özləri əks-hücuma keçənə qədər hücumları dayandıracaqlar. Amma bunun üçün Ukraynaya daha çox Qərb silahları lazımdır. “Silahlar Rusiyanın anladığı yeganə dildir”, - Zelenski vurğulayıb.

Bundan əlavə, Zelenski Ukraynanın Vladimir Putinə heç bir ərazi güzəşti və ya kompromisə getməyəcəyini bildirib.

“Bu gün sağ qalmağımız, birliyimiz bir məqsəddir. Biz Avropaya gedirik, Ukrayna bu yolu seçib. Bütün bunları itirmək olmaz. Ukrayna təhlükəsizlik zəmanəti istəyir, hamımız bunu istəyirik - biz birik. Ona görə də istənilən ərazi kompromisləri dövlətimizi yalnız zəiflədəcək. Sual “kompromis” sözündə deyil. Ondan niyə qorxmaq lazımdır? Həyatda bir milyon kompromisimiz var. Onlar hər gün olur. Sual kiminlədir. Putinə güzəştə getmək? Yox! Niyə? Çünki iman yoxdur”, - deyə o bildirib.

Ukrayna və Qərb kəşfiyyatı dəfələrlə xəbərdarlıq edib ki, Rusiya Ukraynaya yeni hücum planlaşdırır və bu, işğalın ildönümünə təsadüf edə bilər. Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat xidmətlərinin fevralın 13-də “The Washington Post” qəzetinə istinadla verdiyi hesablamalara görə, hazırda Rusiyanın Ukraynada cəmləşdiyi təqribən 300 min insan var ki, bu da işğalın əvvəlindən iki dəfə çoxdur. Qərb ölkələri Rusiyanın daha bir neçə yüz min insanı müharibəyə cəlb edəcəyini gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ