Kadırov Zelenski üçün xüsusi tapança saxlayır - video

Çeçenistan rəhbəri Ramzan Kadırov “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramının efirində bildirib ki, o, Hitler kimi “özünü bir güllə vursun” deyə Ukrayna prezidenti Vladimir Zelenskiyə tapança saxlayır.

“Mənim Zelenski üçün xüsusi tapançam var, onu qəsdən almışam. Hitlerin özünü güllələdiyi tapançadandır - Mauzer. Bunu, komandirlər mənim üçün gətiriblər. Mən bunu Zelenskiyə verə bilərəm, özünə bir güllə vurmaq üçün”, - deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri əlavə edib ki, Ukrayna prezidentinə “layiqli addımı atmaq üçün silahı göndərəcək”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ