Şimali Koreya yeni ballistik raketini nümayiş etdirdi – FOTO

Şimali Koreyada irimiqyaslı hərbi parad keçirilib və burada ölkə lideri Kim Çen In nüvə silahı daşıya bilən çoxlu sayda raketlərini nümayiş etdirib.

Onların arasında yenisi də olub.

Məlumata görə, Şimali Koreyanın qitələrarası ballistik raketlər kolonnası Koreya Xalq Ordusunun yaradılmasının ildönümü şərəfinə Kim İr Sen meydanı ilə hərəkət edərək dövlətin nüvə imkanlarının “maksimum potensialını” göstərib.

Şimali Koreya rejimi özünün “müharibədən çəkindirmə və əks-hücum imkanlarının” nümayişi kimi “taktiki nüvə qurğularını” təqdim edib.

Hərbi parad ötən gün baş tutsa da, müvafiq fotoşəkilləri Şimali Koreyanın rəsmi xəbər agentliyi bir gün sonra dərc edib.

Yeni raketin xüsusiyyətləri naməlum olaraq qalır. Lakin onun mövcudluğu Şimali Koreyanın yaratmağa çalışdığı bərk yanacaqlı raket ola biləcəyi ilə bağlı fərziyyələrə yol açıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ