Nepalda sərnişin təyyarəsi qəzaya uğradı, bütün sərnişinlər öldü - video

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. 

Bu barədə News18 telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Yenilənmiş məlumatlara görə, təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub - 53 Nepal, beş Hindistan, dörd Rusiya, bir İrlandiya, iki Koreya, bir Argentina və bir Fransa vətəndaşı.

Nepalın baş naziri Puşpa Kamal Dahal ATR 72 təyyarəsinin qəzaya uğraması ilə bağlı hökumətin fövqəladə iclasını çağırıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ