Taliblər stadionda ictimai edam həyata keçiriblər

Əfqanıstanda “Taliban”ın hakimiyyətə qayıdışından sonra ilk dəfə xalq qarşısında edam icra edilib. Bu barədə “BBC News” xəbər verir.

Edam edilən şəxs Herat əyalətinin Tacmir adlı sakini olub. O bir nəfəri öldürüb, onun motosikletini və mobil telefonunu oğurlayıb. Ölüm hökmünü qətlə yetirilən şəxsin atası icra edib.

Edamın özü Fərəh əyalətindəki stadionda minlərlə insanın, eləcə də ölkənin ali məhkəməsinin rəhbəri Əbdül Hakim Həqqani də daxil olmaqla, onlarla yüksək rütbəli “Taliban” üzvünün iştirakı ilə həyata keçirilib.

Noyabrın ortalarında “Taliban” lideri Əmir Axundzadə hakimlərə hökm çıxararkən şəriət qanunlarından istifadə etməyi əmr edib. Onlar edam, amputasiya, açıq şallaq və ya daşqalaq şəklində cəza nəzərdə tutur, xüsusən də oğurluq, dindən dönmə, zina və ya qətlə görə.

“Taliban” 2021-ci ilin avqustunda ABŞ qoşunlarının ölkədən çıxarılmasından qısa müddət sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ