Bilirsiniz ki, bu, Rusiyanın ərazisidir - Peskov Zelenskinin Xersona səfəri barədə

Kreml Ukrayna prezidenti Volodimir Zelenskinin noyabrın 14-də azad edilmiş Xersona getməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

“Biz şərh etmirik. Bilirsiniz ki, bu, Rusiya Federasiyasının ərazisidir”, - deyə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib.

Daha əvvəl Reuters Ukrayna prezidenti Volodimir Zelenskinin Xersona səfəri barədə məlumat verib. Ukrayna hakimiyyəti dövlət başçısının ötən həftə Rusiya işğalından azad edilən şəhərə səfərini hələlik açıqlamayıb. Zelenskinin işğaldan azad edilmiş ərazilərə səfərləri əvvəlcədən elan edilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ