Zelenski Xersona getdi - foto

Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfər edib. Bu barədə “Reuters” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Ukrayna hakimiyyəti dövlət başçısının ötən həftə Rusiya işğalından azad edilən şəhərə səfərini hələlik açıqlamayıb. Zelenskinin işğaldan azad edilmiş ərazilərə səfərləri əvvəlcədən elan edilmir.

“Reuters”in xəbərindən qısa müddət sonra Ukrayna mediasında Zelenskinin Xersondakı fotoşəkilləri yayılıb.

Davam edən “sabitləşdirmə tədbirləri” səbəbindən jurnalistlər hələlik Xersona buraxılmır. Bir neçə jurnalist, o cümlədən Qərb telekanalları CNN və Sky News, Xersondan reportaj hazırladıqdan sonra akkreditasiyadan məhrum ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ