İranda Şah Çərəx məqbərəsi yaxınlığında atışma: 13 nəfər ölüb

İranın Şiraz şəhərində Şah Çərəx məqbərəsi yaxınlığında silahlı cinayətkarların atəş açması nəticəsində azı 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Bu barədə Fars News agentliyi məlumat yayıb.

Üç silahlı şəxsin məqbərəyə bitişik əraziyə atəş açdığı bildirilir. Onlardan ikisi saxlanılıb. Üçüncü şəxsin tutulması istiqamətində əməliyyat aparılır.

İran mediası hücumu terror aktı adlandırıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ