Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - video

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ