Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan 162 saylı məktəbin 8-ci sinif şagirdi xəstəxanda dünyasını dəyişib.
Bu barədə məktəbli qızın yaxınları Buta.media-ya məlumat veirblər.
Onlar qeyd ediblər ki, intihara cəhd edən şagir Elina Hacıyeva bu gün səhər saatların Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib.
Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.
Onu da bildirək ki, hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığını bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.
Qeyd edək ki, Elina Hacıyevanın anası Sevil Hüseynova bildirmişdir ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb.
"Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona "peysər”, "lesbiyan”, "quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, - deyə Sevil Hüseynova bildirib.