Məktəbli qız Bakıda özünü pəncərədən atdı - TƏFƏRRÜAT

Bakının Səbail rayonunda yerləşən162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib.

Buta.media “virtualaz.org”a istinadən xəbər verir ki, şagird təcili tibbi yardımla Klinik Tibbi Mərkəzə gətirilib.

Məktəbdən isə bildirilib ki, uşaq dərsin sonu özünü pəncərədən atıb.

“3-cü dərsdən 4-cü dərsə keçəndə, tənəffüsdə özünü pəncərədən atıb. Qəfil hay-küy düşdü, getdik ki, qan içində yerdə uzanıb. Müəllimlər bizi tez evə göndərdilər”, - deyə şagirdlərdən biri danışır.

Digəri şagirdin sözlərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib:

“Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldilər. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara tanımadığı adamlarla danışmamağı tapşırdı. Uşaqlar deyirlər ki, qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qızın atası ilə anası ayrılıb. Anası daha sonra ailə həyatı qurub. Şagird də anası və atalığı ilə birgə Yasamal rayonunda kirayədə yaşayır. 8-ci sinif şagirdi daha əvvəl 49 saylı məktəbdə təhsil alıb, oradan 203 saylı məktəbə keçib.

Ötən ilin noyabr ayında isə 162 saylı məktəbdə təhsilini davam etdirib.Onların ailəsi polis idarəsində problemli ailə kimi qeydiyyatda olub.

Bir müddət öncə 14 yaşlı qızın müəyyən hərəkətlərinə görə direktor tərəfindən icra hakimiyyətinə müraciət olunub və ailə qeydiyyata alınıb. Məlumata görə, qız özünü atmadan öncə özündə olmayıb. Onun psixotrop maddənin təsiri altında olduğu ehtimal olunur.

Qızın intihar anı məktəbin təhlükəsizlik kameralarında qeyd olunub. Bu görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır, ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Məktəb rəhbərliyinin içəridə olmadığını əsas gətirərək mühafizəçilər bizi içəri buraxmadılar.

13:31

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Buta.media-nın məlumatına görə. report xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı onun əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ