İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”, - başsağlığında deyilir.

Xatırladaq ki, ötən gün Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda avtomobil dərəyə aşıb. Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb.

Bu zaman sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və İHA-nın canlı yayım maşınına çırpılıb.

Nəticədə 20 nəfər həlak olub, 21 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ