BDU-nun yeni rektorun tələbələri təcübləndirdi - VİDEO

Bakı Dövlət Universitetinun yeni rektoru Elçin Babayev ali təhsil müəssisəsində tələbəyə qarşı atdığı addımla gündəm yaradıb.

Buta.media-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Qeyd olunur ki,  BDU-nun bufetində olan rektor ad gününü qeyd edən tələbə olduğunu sezərək, onun masasına yaxınlaşıb. Rektor gənclərə ad günü tortu dadmaq istədiyini deyib. Tələbələr isə hələlik tortun gəlib çıxmadığını bildiriblər.

Otağına qayıdan rektora az sonra tələbələrin tort dilimi göndərdiyini deyiblər. Bunu eşidən rektor yenidən bufetə qayıdıb və ad günü olan tələbəyə şokolad hədiyyə edərək, onun alnından öpüb.

Rektorun bu addımı BDU-da və sosial şəbəkələrdə təqdir edilir:

Qeyd edək ki, Elçin Babayev BDU-ya bu il rektor təyin edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ