Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
Buta.media-nın məlumatına görə, müvafiq sənədi martın 28-də AZƏRTAC dərc edib.
Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiya yaradılıb.
Komissiya görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.