Şahdağa qar yağdı

Azərbaycanda yüksək dağlıq ərazilərə qar yağıb.

Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb (Şahdağ).

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Rayonlarda iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ