Deputat: Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etməliydi

"Əli İnsanov hələ o vaxt YAP-da konfiliktlər yaradırdı. Özünü əlahiddə insan hesab edirdi. Bu da partiya daxilində narazılığıa səbəb olurdu”.
 
Buta.media-nın məlumatına görə, bunu YAP funksioneri, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə BakuPost.az-a videomüsahibəsində deyib
 
O bildirib ki, Əli İnsanov partiyadakı fəaliyyəti ilə yanaşı rəhbəri olduğu Səhiyyə Nazirliyində də səlahiyyət həddini aşıb və korrupsiya yol verib.
 
Millət vəkili Əli İnsanovun həbsdən çıxan kimi sərt bəyənatlar verdiyinin gözlənilən olduğunu dilə gətirib: "Belə bir insan heç vaxt dəyişə bilməzdi. Əli İnsanov həbsdə olanda onu Əli İnsanov edən, nazir təyin edən ulu öndərimiz Heydər Əliyev barədə, eləcə də, onu yenidən nazir təyin edən cənab prezidentimiz İlham Əliyev barədə bir dəfə də xoş söz söyləmədi. Həbsdən çıxan kimi Heydər Əliyevin məzarını ziyarət etməliydi, etmədi”.

A.Mirzəzadə keçmiş nazirin bundan sonrakı fəaliyyəti barədə proqnozunu da verib: "Onun kimi adamın arxasında heç kim getməyəcək. Qısa müddət sonra onun müxalifətlə onun arasında çox böyük  bir çırpışma olacaq.

 

Çünki cəmiyyətin Heydər Əliyev hissəsi onu qəbul etməyəcək. Çox kiçik bir kəsim olan müxalifət düşərgəsində isə ona yer yoxdu. Çünki burada onsuz da liderlik uğurunda ciddi mübarizə gedir. Bu adamlar öz elektoratını ona verməzlər”.  
Millət vəkili ilə müsahibənin video variantını təqdim edirik: