Deputat: Əli İnsanovun həyat yoldaşı ilə bağlı bunu söyləməsi biabırçılıqdır

Əli İnsanovun siyasətdə qalacağını deməsi çox normaldır. 
 
Buta.media-nın məlumatına görə, bunu publika.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
 
Onun szölərinə görə, Ə. İnsanovun həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdır:

"İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi. O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verirdi.

Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüz görünür. Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ